Ağdamdakı 350 minlik layihənin icraçısı Hadı Rəcəblinin oğlu oldu 03.07.2026

Ağdam şəhərində məcburi köçkünlər üçün nəzərdə tutulmuş ortamərtəbəli və çoxfunksiyalı yaşayış kompleksinin mərkəzləşdirilmiş istilik təchizatı sisteminin idarə olunması işləri üçün 354 008 manat ayrılacaq. Bu xidməti "City Service" MMC həyata keçirəcək və xərcləri "Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsi (PHŞ) ödəyəcək. Maraqlıdır ki, bu satınalma dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Şirkətin rəhbəri Tural Hadı oğlu Rəcəblidir, kim ki, mərhum sabiq deputat Hadi Rəcəblinin oğludur. Layihənin icraçısı məlum olub.

Milli.Az Full Article












