AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək 03.06.2026

Tanınmış vəkil Pərviz Məmmədov Nərimanov Rayon Məhkəməsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) qarşı qaldırdığı iddia təmin edilib. Vəkil Bakının Bülbül prospektində avtomobilini park etdikdən sonra "AzParking" tətbiqi vasitəsilə 2 manat ödəniş edib. Lakin daha sonra yol polisi həmin ərazidə dayanma-durma qadağan olduğunu əsas gətirərək ona 20 manat cərimə yazıb. Pərviz Məmmədov qadağan olunmuş əraziyə görə ödənilən 2 manatın da əsassız olduğunu bildirərək, bu məbləğin geri qaytarılmasını tələb edib. AYNA bunun qanuni olduğunu iddia etsə də, hakim Nərgiz Tağıyeva vəkilin tələbini əsaslı hesab edərək, AYNA-nın 2 manat parklanma haqqını və 30 manat məhkəmə xərcini vəkilə ödəməsinə qərar verib.

Qafqazinfo.az Full Article

















