Azərbaycanda ət qiymətləri ilə bağlı mühüm PROQNOZ 04.06.2026

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin müavini Zaur Əliyev bildirib ki, ölkədə ət qiymətlərinin sabitləşməsi istehsalın artırılması və maya dəyərinin azaldılması yolu ilə təmin olunacaq. Əsas məqsəd ət istehsalını yüksəltmək, məhsuldarlığı artırmaq və istehsal xərclərini minimuma endirməkdir. Hazırda mal ətinə tələbatın 83,7%-i, qoyun ətinə tələbatın 94,2%-i, quş ətinə tələbatın isə 82%-i daxili istehsal hesabına ödənilir. Dünya bazarında son illərdə müşahidə olunan qiymət artımının əsas səbəbləri logistika, yem və digər istehsal xərclərinin yüksəlməsidir. Yem istehsalında məhsuldarlığın artırılması ət istehsalının maya dəyərinin gələcəkdə azalmasına kömək edəcək.

Milli.Az Full Article

















