Azərbaycanda uşaqpulunun verilməyinə BAŞLANILIR? 07.05.2026

Azərbaycanda uşaqpulunun yenidən tətbiqi məsələsi, son illərdə müşahidə olunan doğum göstəricilərindəki azalma və demoqrafik tendensiyalar səbəbindən müzakirə olunur. İqtisadçı Eyyub Kərimli bildirir ki, uşaqpulu əsasən demoqrafik vəziyyətin mənfi istiqamətdə dəyişdiyi ölkələrdə əhali artımını stimullaşdırmaq məqsədilə tətbiq olunur. O, Azərbaycanda da doğum sayının azaldığını qeyd edərək, bu kimi stimullaşdırıcı tədbirlərin aktual ola biləcəyini söyləyib. Lakin Kərimli hesab edir ki, gənc ailələrə yönəlmiş güzəştli mənzil, vergi güzəştləri, sosial xidmətlər və ya digər maddi yardımlar kimi müxtəlif sosial dəstək proqramları daha effektiv nəticələr verə bilər. Ölkədəki demoqrafik vəziyyətin gələcək dinamikasından asılı olaraq uşaqpulunun tətbiqi də istisna olunmur.


















