Azərbaycanlı gəncin hesabında 22 milyard dollar... 03.06.2026

Türkiyənin Van şəhərində yaşayan 32 yaşlı azərbaycanəsilli Əhməd Cahanqard Takalo marketdə alış-veriş edərkən bank kartının bloklanması və hesabında 1 trilyon lirə (təxminən 21.8 milyard dollar) aşkarlanması ilə şok yaşayıb. Bu astronomik məbləğ səbəbindən Maliyyə Cinayətləri Araşdırma Şurası (MASAK) tərəfindən hesabları dondurulan Takalo, hadisənin bank sistemlərindəki proqramlaşdırma xətası və ya sistem sinxronizasiyası pozuntusundan qaynaqlana biləcəyini öyrənib. Həmin gündən etibarən hesablarına daxil ola bilməyən gənc mühacirin bank hesabları ilə bağlı aparılan genişmiqyaslı məhkəmə və inzibati araşdırma davam edir və pulların sistematik olaraq geri çəkilərək hesablarının normal vəziyyətə qayıdacağı gözlənilir.

Milli.Az Full Article















