Azərbaycanlı qadın 7 yaşlı oğlunu qətlə yetirdi - Foto 02.06.2026

Gürcüstanın azərbaycanlıların yaşadığı Bolnisi rayonunda 42 yaşlı Svetlana Əhmədova 7 yaşlı oğlunu qəflətən, qayçı zərbələri ilə qətlə yetirib. Hadisədən sonra qadın özünü bıçaqlayaraq intihara cəhd edib, lakin həkimlər tərəfindən xilas edilib. Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan qadın barəsində Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) cinayət işi başlanılıb. Bu dəhşətli hadisə yerli media tərəfindən ictimaiyyətə çatdırılıb.

Qafqazinfo.az Full Article
















