Bakıda Şıxəli Qurbanov küçəsində aparılan təmir işləri səbəbindən 6 avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, məhdudiyyət Şıxəli Qurbanov küçəsinin Füzuli küçəsi ilə kəsişməsindən Salatın Əsgərova küçəsi ilə kəsişməsinədək olan hissəsində tətbiq edilir.