Bakı şəhərinin Suraxanı rayonu, Əmircan qəsəbəsində ciddi yol-nəqliyyat hadisəsi baş verib. "Karsan" markalı 113 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus yoldan çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində avtobusda olan sərnişinlər və sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.