Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Milli.Az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, hadisə 4-cü mikrorayon dairəsi adlanan ərazinin yaxınlığında qeydə alınıb. İlkin məlumatlara əsasən, "Changan" markalı minik avtomobili aşıb və onun taksi xidməti göstərdiyi məlum olub.