Bakıda məşhur siqaret yoxa çıxıb - Satış nöqtələrində tapılmır 03.06.2026

Son günlər Bakı şəhərində "Winston" brendinin "XStyle Dual" adlı siqaret məhsulu satış nöqtələrində tapılmır. Milli.Az-ın apardığı araşdırma zamanı Nərimanov, İnşaatçılar, Sahil və İçərişəhər metrostansiyaları ətrafındakı bir çox market və köşklərdə bu məhsulun qıtlığı müşahidə edilib. Satıcılar məhsulun bir müddətdir tükəndiyini və yeni partiyanın nə vaxt gətiriləcəyi barədə məlumatsız olduqlarını bildiriblər. Məhsulun bazardan yoxa çıxmasının səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilmir, lakin təchizat problemi, satış strategiyasındakı dəyişiklik və ya qiymət artımı ehtimalları qeyd olunur. Cəmiyyətdə isə yaxın vaxtlarda bu siqaretin qiymətinin artacağı barədə iddialar yayılır. Hazırda məhsul 4 manat 60 qəpiyə satılır.

Milli.Az Full Article



















