İyulun 2-də saat 19:50-də Bakının Nizami rayonu, Qara Qarayev prospektində dörd avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub və yaralılar Sabunçu Tibb Mərkəzinə hospitalizasiya edilib.