TikToker İlduzə Hacıyevanın (Arzum) cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb və o, ümumi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkmək şərti ilə 5 il 2 ay azadlıqdan məhrum edilib. Məhkəmə zalında həbs edilən tiktokerin cəzası, qəzada həyatını itirən Amal Məlikovun ailəsi tərəfindən yetərsiz hesab edilir.