Dəhşətli istilər gəlir - Əhaliyə XƏBƏRDARLIQ 07.05.2026

Avropanın bir çox ölkəsində yay mövsümü başlamazdan əvvəl rekord temperatur qeydə alınıb. Meteoroloqların məlumatına görə, bəzi bölgələrdə hava normadan xeyli isti keçib və bu göstəricilər son illərin rekordları sırasındadır. Mütəxəssislər qarşıdakı yay aylarında, xüsusilə iyul və avqustda ekstremal istilərin davam edəcəyini proqnozlaşdırırlar. İqlim dəyişiklikləri səbəbindən dünyada hava hadisələrinin sərtləşdiyi, quraqlıq, meşə yanğınları və uzunmüddətli isti hava dalğalarının müşahidə oluna biləcəyi bildirilir. Meteoroloqlar yaşlılar, uşaqlar və xroniki xəstəliyi olan şəxslərə isti havalarda diqqətli olmağı tövsiyə edirlər.

Milli.Az Full Article












