Diplomatik xidmət əməkdaşlarına müavinət ödəniləcək 02.06.2026

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında "Diplomatik xidmət haqqında" Qanuna təklif olunan dəyişikliklər müzakirə edilib. Dəyişikliyə əsasən, diplomatik xidmətə səbəb diplomatik xidmətə qanunla müəyyən edilmiş maddələrlə xitam verildikdə, əməkdaşın vəfatı və ya itkin düşməsi halları istisna olmaqla, əməkdaşlara orta aylıq dövlət məvacibinin 3 misli miqdarında müavinət ödəniləcək. Əgər diplomatik xidmətə qanunun digər maddəsi ilə xitam verilərsə, əməkdaşın varislərinə orta aylıq dövlət məvacibinin 4 misli miqdarında müavinət veriləcək. Həmçinin, müddətli həqiqi hərbi xidmətə çağırılanadək diplomatik vəzifədə xidmət keçmiş şəxslər, hərbi xidmətdən sonra 60 gün ərzində əvvəlki vəzifələrinə təyin olunacaqlar.

Milli.Az Full Article
















