DTX-də Kibertəhqiqat istiqaməti fəaliyyətə başlayıb 04.06.2026

Azərbaycanda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) tərkibində kibertəhqiqat istiqaməti fəaliyyətə başlayıb. Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov "4-cü Milli Kibertəhlükəsizlik Forumu" çərçivəsində keçirilən sessiyada bildirib ki, kibertəhqiqatın prosessual və kibertədqiqat istiqamətlərinin tandem şəklində fəaliyyəti kibertəhdidlərə qarşı mübarizədə mühüm irəliləyişlərə xidmət edir. O, dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi, süni intellekt əsaslı müdafiə mexanizmlərinin, risklərin qiymətləndirilməsinin və böyük həcmli məlumatlarda yeni risklərin qarşısını almaq üçün süni intellekt həllərinin artırılmasının vacibliyini vurğulayıb. Rüstəmov həmçinin dünyanın 160 kibertəhlükəsizlik mərkəzi ilə əlaqələri olduğunu, Budapeşt Konvensiyası çərçivəsində kibercinayətkarlığın araşdırılması üçün 24/7 əlaqə kanalının mövcud olduğunu və BMT-nin yeni qəbul etdiyi kibertəhlükəsizlik konvensiyası üzərində işlərin aparıldığını qeyd edib.

















