Gəncə şəhərinin Poçt qəsəbəsində yerləşən restoranlardan birinin qarşısında kütləvi dava hadisəsi baş verib. İlkin məlumatlara görə, bir neçə nəfər arasında yaranan mübahisə qısa müddət ərzində böyüyərək kütləvi davaya çevrilib. Dava zamanı 1983-cü il təvəllüdlü Azər Yusifov bıçaq xəsarəti alaraq hadisə yerində həyatını itirib.