Ayın 8-də hava kəskin DƏYİŞİR: Leysan, dolu, qar... - PROQNOZ 07.05.2026

Mayın 8-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulacağı, səhər və gündüz bəzi yerlərdə qısamüddətli güclənə bilən yağış yağacağı proqnozlaşdırılır. Cənub-şərq küləyi əsəcək, temperatur gecə 12-15°C, gündüz isə 17-22°C təşkil edəcək. Azərbaycanın rayonlarında isə bəzi yerlərdə yağıntılı olacaq, ayrı-ayrı yerlərdə intensiv və güclü yağış, şimşək, dolu, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur. Axşam tədricən kəsiləcək, mülayim qərb küləyi əsəcək. Temperatur rayonlarda gecə 10-14°C, gündüz 17-20°C, dağlarda gecə 7-12°C, gündüz 18-20°C olacaq.

Milli.Az Full Article













