Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, Azərbaycanda hava şəraiti iyulun 4-dən etibarən pisləşəcək. İyulun 4-5-də əsasən dağlıq və dağətəyi rayonlarda, 6-dan 8-i gündüzədək isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yağışların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir.