Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X sosial şəbəkəsindəki paylaşımında bildirib ki, Birləşmiş Ştatların yaranmasının 250-ci ildönümü münasibətilə Bakıdakı Heydər Əliyev Mərkəzi ABŞ bayrağının rənglərinə boyanıb. O, "Birləşmiş Ştatlardakı bütün dostlarımızı və həmkarlarımızı səmimi qəlbdən təbrik edirik. Milli Gününüz mübarək!" deyərək, ABŞ-dakı həmkarlarına xoş arzularını çatdırıb. Qeyd olunur ki, mənbədən istifadə edərkən hiperkeçidlər vasitəsilə istinad edilməlidir.