Gecə saatlarında Suraxanı rayonunun Hövsan qəsəbəsində bir qrup şəxs tərəfindən vətəndaşın zorla maşına mindirilərək aparılmaq cəhdi baş verib. Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, hadisə MİDA yaşayış kompleksinin yaxınlığında qeydə alınıb. Zərərçəkmiş şəxs qaçaraq bir mağazaya daxil olub və özünü müdafiə etmək üçün içki şüşəsindən istifadə etməyə çalışıb. Hadisənin dəqiq səbəbi və iştirakçılar arasındakı münasibətlər barədə hələlik ətraflı məlumat verilmir. Polis hadisə ilə bağlı araşdırma aparır.