İctimai nəqliyyata heyvanla minənlərin NƏZƏRİNƏ - Cərimə OLUNACAQSINIZ 07.05.2026

Azərbaycanda ictimai nəqliyyatda ev heyvanlarının daşınması ilə bağlı qaydaların pozulması hallarına görə sərnişinlər 200 manat məbləğində cərimə oluna bilərlər. Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli 141 nömrəli qərarı ilə təsdiqlənmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"na əsasən, ev heyvanları (pişik, it və s.) yalnız xüsusi konteynerdə və ya qəfəsdə daşınmalıdır. Heyvan daşıyan şəxslər digər sərnişinlərə mane olmamalı və təhlükəsizlik qaydalarına riayət etməlidirlər. Bu şərtlərin pozulması İnzibati Xətalar Məcəlləsinin 290.1.2-ci maddəsinə əsasən cərimə ilə nəticələnəcək.

Milli.Az Full Article














