IV Şuşa Qlobal Media Forumunun ikinci günü iyulun 13-14-də keçirilən tədbirin davamı olaraq öz işinə başlayıb. Forumun əsas mövzusu sülhün təşviqində medianın rolu, həqiqətin bərpası və etimadın yenidən qurulmasıdır. İkinci gündə iştirakçılar dünya mediasının üzləşdiyi müasir çağırışları, jurnalistikanın cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində rolunu və dezinformasiyanın yayılmasına qarşı mübarizə məsələlərini müzakirə edəcəklər.