Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kiyevdə ukraynalı həmkarı Andriy Sibiqa ilə görüşünü iki ölkə arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi baxımından məhsuldar olaraq qiymətləndirib. Report-a istinadən verilən məlumata görə, Bayramov X sosial şəbəkəsindəki paylaşımında tərəflərin Azərbaycan-Ukrayna strateji tərəfdaşlığının gücləndirilməsi ilə bağlı məhsuldar müzakirələr apardığını bildirib.