Keşlədə güclü YANĞIN 04.06.2026

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsi, A. Mirzəyev küçəsində yerləşən bir obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu məlumat daxil olduqdan dərhal sonra Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə göndərilib. Hazırda yanğınsöndürmə və digər zəruri mübarizə tədbirləri davam etdirilir, vəziyyətin nəzarətə alınması istiqamətində işlər görülür. Yanğının baş vermə səbəbi və digər detallar barədə əlavə məlumat veriləcək.

Milli.Az Full Article

















