Məcburi köçkün statusu - Yenidən tənzimlənir 03.06.2026

Milli Məclisin Əmək və sosial siyasət və İnsan hüquqları komitələrində "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" qanuna təklif olunan dəyişikliklər müzakirə edilib. Bu dəyişikliklər məcburi köçkün statusunun yenidən tənzimlənməsini nəzərdə tutur. Hazırkı qanunvericiliyə əsasən, şəxs əvvəlki yaşayış yerinə qayıtdıqda, həmin regionda başqa yaşayış yeri ilə təmin edildikdə və ya dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri aldığında statusunu itirir. Yeni layihəyə görə, vətəndaş qeyd olunan yaşayış yerlərindən imtina etdikdə də statusunu itirəcək. Keçid müddəası isə qanun qüvvəyə mindiyi tarixədək işğaldan azad edilmiş ərazilərdə yeni yaşayış yeri ilə təmin edilmiş məcburi köçkünlərin statusunun itirilməsini müəyyən edir. Bu təklif, vətəndaşın mülkiyyət hüququnun bərpası məqsədi daşıyır.

















