Mehriban Abasquliyeva məhkəmə zalında həbs EDİLDİ 04.06.2026

Yanvarın 9-da "Respublika Perinatal Mərkəzi"ndə baş verən yanğın nəticəsində 7 körpə həyatını itirib, 4 nəfər xəsarət alıb və 361 min manat ziyan dəyib. Baş Prokurorluq yanğın təhlükəsizliyi qaydalarının pozulması və səhlənkarlıq maddələri ilə cinayət işi başıb. İstintaq, Mərkəzin direktoru Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci ildə vəzifəyə təyin olunduqdan sonra xəstə qəbulunu iki dəfə artırması nəticəsində elektrik təsərrüfatının həddindən artıq yüklənərək yanğına səbəb olduğu ehtimalını irəli sürüb. Fövqəladə Hallar Nazirliyinin yanğın təhlükəsizliyi ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, Mərkəz rəhbərliyi, o cümlədən Abasquliyeva, Hamlet Mustafayev və Elnur Əhmədli nöqsanları aradan qaldırmayıblar. Nəticədə, Mehriban Abasquliyeva vəzifə səlahiyyətlərindən sui-istifadə və yanğın təhlükəsizliyi qaydalarının pozulması, Hamlet Mustafayev və Elnur Əhmədli isə yanğın təhlükəsizliyi qaydalarının pozulması maddələri ilə təqsirləndirilərək məhkəmə zalında həbs ediliblər.
















