Metro istifadə edənlərin DİQQƏTİNƏ - İş rejimində dəyişiklik EDİLƏCƏK 07.05.2026

Bakı Metropoliteni qeyri-iş günləri münasibətilə iş rejiminə dəyişiklik edəcək. 9 May - Faşizm Üzərində Qələbə Günü və 11 may tarixlərində "28 May-Əhmədli" istiqamətində qatarlararası interval 2 dəqiqə 30 saniyə olacaq, 10 mayda isə bu interval 3 dəqiqə təşkil edəcək. Bənövşəyi xətt, eləcə də "Cəfər Cabbarlı-Xətai" və "Həzi Aslanov-Əhmədli" mənzillərində mövcud hərəkət cədvəli dəyişməz qalacaq. "Bakmil" istiqamətində qatarların hərəkəti isə 9 və 11 mayda şənbə, 10 mayda isə bazar günü qrafiki üzrə tənzimlənəcək. Bu dəyişikliklərlə yanaşı, stansiyalarda nəzarət gücləndiriləcək, əlavə işçi qüvvəsi ayrılacaq və zərurət yarandığı təqdirdə ehtiyat qatarlar xəttə buraxılacaq.

Milli.Az Full Article



















