Mingəçevir şəhərində faciəvi hadisə baş verib. Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində 14 yaşlı yeniyetmə, şəhər sakini Nicat Şərifzadə suya batıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb olunub.