Mənzil sahiblərinə ŞAD XƏBƏR - Bu pulu ödəməyə BİLƏRSİNİZ 03.06.2026

Son zamanlar mənzil sahibləri tərəfindən bina rəhbərliyinə edilən "komendant pulu" yığımı ilə bağlı şikayətlər artmışdır. Sakinlər, xüsusilə də yüksək məbləğ ödəyərək mənzil aldıqdan sonra əlavə ödəniş etməli olmalarından narazıdırlar. Vəkil Ramil Süleymanovun açıqlamasına görə, kommunal xidmətlərlə bağlı MTK və ya MMC-lərlə sakinlər arasında bağlanan müqavilə əsas sənəddir. Xidməti göstərən tərəf haqqı müəyyən edir və sakin müqaviləni imzalamaqla bu şərtlərlə razılaşmış sayılır. Sakinlər qiymətlə razı deyilsə, müqaviləni imzalamaqdan imtina edə, öz təkliflərini bildirə bilər və ya Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq hüquqi şəxs yaradaraq binanın idarəçiliyini özləri həyata keçirə bilərlər. Qüvvədə olan qanunvericilikdə xidmət haqqının hər kvadratmetrə görə müəyyən edilməsinə dair hər hansı məhdudiyyət yoxdur.
















