Oğurladığı 10 mini görün nəyə xərclədi - VİDEO 03.06.2026

Bakının Xətai rayonunda bir mənzildən 10 min manatdan çox pul oğurlanıb. Milli.Az-ın məlumatına görə, zərərçəkən polisə müraciət edərək oğurluq hadisəsini bildirib. Xətai Rayon Polis İdarəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, əvvəllər məhkum olunmuş 39 yaşlı Taleh Muxtarov şübhəli bilinərək saxlanılıb. Həyata keçirilən araşdırmalar zamanı müəyyən edilib ki, T.Muxtarov oğurladığı pulun bir hissəsini bahalı brend geyim mağazalarından alış-veriş etməyə xərcləyib. Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Milli.Az Full Article


















