Qayınata gəlinindəki kartı almaq üçün evə çağırıbmış… 03.06.2026

Sabunçu rayonunun Ramana qəsəbəsində iyunun 1-də 60 yaşlı Adıgözəl Məmmədov 31 yaşlı gəlini Gülüzar Məmmədovanı qətlə yetirib. Qətlin əsas səbəbi kimi gəlinin müavinət kartını mənimsəmək istəyi göstərilir. Qonşuların bildirdiyinə görə, hadisədən əvvəl də evlə bağlı tərəflər arasında mübahisələr olub. Adıgözəl Məmmədov gəlinini evdən çıxararaq nəvələri ilə birlikdə həmin evdə yaşamağa başlayıb. Qətlin törədilməsindən əvvəl qayınata gəlinini Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlarla görüşmək bəhanəsi ilə evə çağırıb. Gəlin uşaqlarla görüşüb evə qayıdarkən, qayınatası onu liftə bıçaqlayıb. Səs-küyə çıxan qonşular hadisənin şahidi olublar.

Qafqazinfo.az Full Article














