Sabah 36 dərəcə isti olacaq 03.07.2026

Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, iyulun 4-də Azərbaycanda 36 dərəcəyədək isti hava gözlənilir. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Cənub-şərq küləyi əsəcək, havanın temperaturu gecə 20-24° isti, gündüz isə 30-34° isti olacaq. Nisbi rütubət gecə 75-80%, gündüz isə 50-55% təşkil edəcək.

Milli.Az Full Article













