Azərbaycan Respublikası Milli Məclisinin deputatı Sevil Mikayılova Serbiyanın paytaxtı Belqradda keçirilən Parlamentlərarası İttifaqın (IPU) Qadın-Parlamentarilərin Qlobal Konfransında iştirak edib. Konfransın əsas mövzusu gender stereotipləri və mənfi sosial normaların yaratdığı maneələrin aradan qaldırılması olub. Mikayılova "Stereotiplərə və mənfi normalara qarşı birgə fəaliyyət" adlı sessiyaya sədrlik edib və qanunvericilikdə gender bərabərliyinin vacibliyini vurğulayıb. O, dünyada ayrıseçkilik xarakterli qanunların 2,5 milyarddan çox qadın və qızın həyatına təsir etdiyini, stereotipləri gücləndirərək onların cəmiyyətdəki rolunu məhdudlaşdırdığını bildirib. Mikayılova Azərbaycanda bu istiqamətdə Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər və qadınların iqtisadi fəallığının artması kimi irəliləyişləri qeyd edib.