Sülh sazişinin imzalanacağı tarixi açıqladı 06.05.2026

ABŞ Prezidenti Donald Tramp, Birləşmiş Ştatlar və İran arasında müharibəni dayandıracaq bir sülh sazişinin may ayının ortalarına qədər, xüsusilə də Çinə etdiyi rəsmi səfərindən əvvəl imzalanmasının mümkünlüyünü istisna etməyib. Ağ Evin mətbuat katibi Kerolayn Levitt də prezidentin mayda Çin lideri Si Cinpinlə keçirəcəyi mühüm görüş ərəfəsində Tehranla gərginliyin azaldılmasının Vaşinqtonun prioritetlərindən biri olduğunu təsdiqləyib. Sazişin detalları üzrə danışıqların Pakistan və ya İsveçrədə baş tuta biləcəyi, həmçinin ABŞ-ın 14 bəndlik memorandumuna cavab gözlədiyi bildirilir.

Milli.Az Full Article













