Ukrayna Xarici İşlər Naziri Andriy Sıbiqa, Kiyevdə azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında çıxışı zamanı ölkəsinin Azərbaycandan enerji təchizatını şaxələndirmək niyyətində olduğunu bildirib. Sıbiqa, ikitərəfli münasibətlərin həm davam edən layihələr, həm də gələcək perspektivlər baxımından strateji ölçüyə malik olduğunu vurğulayıb. O, enerji, infrastruktur və humanitar əməkdaşlığı əsas istiqamətlər kimi qeyd edib.