TƏBİB-də daha 2 vəzifəlini işdən çıxardı 03.06.2026

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri davam edir. İcraçı direktor Anar Bayramovun imzaladığı əmrlərə əsasən, daha iki vəzifəli şəxs, Daxili nəzarət və monitorinq departamentinin rəhbəri Orxan Ənvərli və Həssas əhali qrupları ilə iş departamentinin Əlillik məsələləri üzrə iş şöbəsinin müdiri Şöhrət Soyziyev işdən çıxarılıb. Son dövrlərdə TƏBİB-də İnsan resursları, İnzibati idarəetmə, Beynəlxalq əlaqələr, İlkin səhiyyə xidməti, Təlim və effektivliyin qiymətləndirilməsi, həmçinin İctimaiyyətlə əlaqələr departamentlərinin rəhbərləri və müdirləri də vəzifələrindən azad ediliblər ki, bu da qurumda genişmiqyaslı kadr islahatlarının aparıldığını göstərir.

Qafqazinfo.az Full Article














