Bakının Yasamal rayonunda fəaliyyət göstərən 98 saylı uşaq bağçasında qalmaqal yaşanır. Azyaşlının anası Nurgül Məmmədova, uşağının bağçaya getdikdən sonra davranışlarında ciddi dəyişikliklər müşahidə etdiyini deyib. O, uşağın iki həftə bağçaya getdiyini, birinci həftə yarım gün, ikinci həftə isə saat 16:00-17:00-dək qaldığını bildirib. Məhz ikinci həftədən sonra uşaqda kəskin halsızlıq, yuxululuq, yeriyəndə ayağının ayağına dolaşması, bir nöqtəyə uzun-uzun baxması və əsəbilik yarandığını qeyd edib.