“Vəzifəli şəxs heç bir vəsait qoymadan “şərik” oldu, 380 min manatımı ələ keçirdi” 02.06.2026

“MİR TƏMİR TİKİNTİ” MMC şirkətinin rəhbəri Mirməbud Abbasov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 20 saylı Yol İstismar İdarəsinin sabiq rəisi Mirqiyas Kazımov tərəfindən 380 min manatının mənimsənildiyini iddia edir. Abbasovun sözlərinə görə, Kazımov fevral 2022-ci ildə ona "şəriklik" təklif edib və onun vasitəçiliyi ilə "MİR TƏMİR TİKİNTİ" MMC adından digər şirkətlərlə müqavilələr bağlanıb. Lakin bütün təmir-tikinti işləri Abbasovun şəxsi vəsaiti hesabına görülüb, Kazımov isə heç bir investisiya qoymayıb. Mühasibatlıq işləri Kənan Ağayevə həvalə edilib, pullar isə onların yaxınlarının hesablarına köçürülərək nağdlaşdırılıb. Abbasovun dediyinə görə, bu barədə edilən şikayətlər nəticəsiz qalıb və o, hədə-qorxu ilə üzləşib, həmçinin borclar səbəbindən ölkədən çıxışına məhdudiyyət qoyulub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi isə Kazımovun artıq qurumda çalışmadığını bildirib.

















