Yay bu tarixdə başlayacaq 02.06.2026

Yay fəslinin astronomik başlanğıcı Azərbaycanda iyunun 21-də Bakı vaxtı ilə saat 12:24:26-da qeydə alınacaq. Bu hadisə, Şimal yarımkürəsində astronomik yayın, Cənub yarımkürəsində isə qışın başlanğıcını bildirir. Bu zaman Yerin fırlanma oxu ilə Günəş arasında ən kiçik bucaq yaranacaq və Günəş ilin ən yüksək nöqtəsinə çatacaq. Bakıda Günəşin üfüqdən maksimum hündürlüyü 73.1° olacaq. Bu gün ilin ən uzun gündüzü (15 saat 03 dəqiqə 24 saniyə) və ən qısa gecəsi (8 saat 56 dəqiqə 36 saniyə) müşahidə ediləcək. Yay fəslinin ümumi uzunluğu isə 93 gün 15 saat 40 dəqiqə 42 saniyə davam edəcək.

Qafqazinfo.az Full Article














