Özəl bağçada nə baş verir? - DİN məsələyə qarışdı 07.05.2026

Gəncədə yerləşən bir özəl uşaq bağçasında tərbiyəçinin azyaşlı uşaqlarla kobud davrandığı görüntülər sosial şəbəkələrdə yayılıb. Valideynlər tərəfindən ciddi narazılıqla qarşılanan bu hadisə ilə bağlı bağça rəhbərliyi dərhal araşdırma aparıb və görüntülərdəki əməkdaşı işdən çıxarıb. Daxili İşlər Nazirliyi də məsələyə müdaxilə edərək, adı çəkilən əməkdaşı polis idarəsinə dəvət edərək onunla profilaktik söhbət aparıb. Valideynlər əvvəllər normal münasibətdə olan müəllimənin bu cür davranışından təəccüblənərək, müəllim heyətində dəyişiklik tələb ediblər.

Milli.Az Full Article

















